Gəlin razılaşaq ki, oyunların nəticələrinin öncədən proqnoz edilməsi,
düzgün tapılması özü də bir sənətdir. Və elə bir sənətdir ki, bu sənət digər sənət növləri kimi təkcə dərin
elmi və futbol bilikləri yox, həm də xüsusi praktiki proqnozlaşdırma qabiliyyətləri
tələb edir.
Doğrudur, bu işdə analizlər böyük rol oynayır, lakin təkcə belə analizlər kifayət etmir. Ağıla gəlməyən başqa amillərin də nəzərə nəzərə alınması vacibdir. Bu amillərdən bəzilərinn adını çəkmək olar:
-
Komandanın texniki və taktiki hazırlığı;
-
Komandanın mövcud psixoloji durumu;
-
Heyətindəki vəziyyət;
-
İştirak ərizəsindəki heyət;
-
Baş məşqçinin durumu;
-
Komandanın qarşısına qoyulmuş hədəf;
-
Turnir cədvəlindəki yeri;
-
Növbəti turdakı oyunun dəyəri, vaciblik dərəcəsi;
-
Milli komandalar oyunlarında ölkələr arasındakı siyasi vəziyyət.
-
Şəhərlər arasındakı dostluq və iqtisadi əlaqələr;
-
Komandalar arasında dostluq əlaqələri;
-
Rəqib komanda ilə ümumi görüşlərin balansı;
-
Komandanın cari maliyyə durumu;
-
Turnir cədvəlindəki taktikalar;
-
Qitə Liqalarında iştirak edən komandaların liqa oyunu sonrası
yorğunluğu;
-
Matç öncəsi baş məşqçilərin verdiyi intervyü nəticəsində yaranan
qıcıqlanma;
-
Oyun alqı-satqısı.
-
Totalizator məqsədləri.
Təbii
ki, qeyd etdiyim bu amillərdən başqa da amillər ola bilər. Lakin başlıca amillər
bunlardır. Növbəti məqalələrdə bu amillər haqqında izah verməyə çalışacağam.
No comments:
Post a Comment