Futbol komandalarının oyunlarının nəticəsi ən çox onun oyunçularının texniki və taktiki cəhətdən hazırlaşmasından asılıdır. Məşq prosesinə nə qədər vaxt sərf olunmuşdur, baş məşqçi və köməkçi məşqçilər iştirak etmişdirmi, nə dərəcədə diqqət və əmək sərf etmişlər, hansı texniki üsullardan istifadə etmişlər, hansı taktikaları oyunçulara mənimsədə bilmişlər və sairə.
Fiziki
məşqlər əlbəttə ki, təxirəsalınmazdır. Topla məşqlər isə ümumiyyətlə hazırlığın
ayrılmaz və önəmli hissəsidir.
Fikrimcə, fubol oyununun ayrı-ayrı detalları ayrılıqda xüsusi diqqətlə məşq edilməlidir. Məsələn:
- Künc zərbələrinin vurulması məşqi. Hansı oyunçular künc zərbələrini yerinə yetirəcəksə, onlar bu detal üzərində xüsusilə işləməli, onun mahir ifaçısına
çevrilməlidirlər. Bəzi top komandalarda bu detalın necə ustalıqla yerinə yetirildiyinin şahidi oluruq. Yerli komanlarımızın çoxunda isə əksər künc zərbələri qapıya belə gəlib çatmır. Bu çox ağrıdıcı haldır. Bir çox dünya komandaları künc zərbəsi vurduqda bizə böyük stres yaşadırlar. Bizim ölkəmizdə bu amil heç qiymətləndirilmir, sanki görməzdən gəlirlər. Bir çox komandalar künc zərbəsini 80-90%-li qol kimi görürlər.- Penalti zərbələri. 11 metrəlik zərbələri vuracaq oyunçularla iş aparmaq çox mühümdür. Penalti ustası oyunçu hansı qaydada penalti vuracağını öncədən dəqiq bilməlidir. Penalti vurarkən topu qapının istədiyi nöqtəsinə göndərməyi bacarmalıdır. Nə edəcəyini penalti təyin olunduqdan sonra düşünsə, uğur qazana bilməyəcək.
- Cərimə zərbələri. Birbaşa qapıya cərimə zərbəsi vuracaq oyunçu öncədən təyin olunur adətən. Və bunu ustalıqla yerinə yetirməyi bacarmalıdır.
- Qapıçının göndərdiyi ötürmələri qəbul etmək, emal etmək və hücumçulara göndərmək məşqini müdafiəçilərə dərindən aşılamaq lazımdır.
- Hücumçularla iş aparılmalıdır. Tandemlər üzərində işlənilməlidir. Qapıya zərbələrin vurulması texnikası məşq edilməlidir. Hansı hallarda ötürmə etməli, hansı hallarda qapıya vurmaq bacarıqları öyrədilməlidir.
- Aut atmaq qabiliyyətləri məşq edilməlidir. Bunu əslində hər bir oyunçu ustalıqla etməyi bacarmaıdır.
- Topa Birtoxunuş ötürmə məşqlərinə daha çox vaxt sərf edilməlidir.
- İki heyət arasında oyun hər gün keçirilməlidir.
- Ev tabşırıqları işlənməlidir, məşq edilməlidir. Çoxlu sınaqlar keçirilməlidir.
-Oyunçuların düzülüş sistemləri dəqiqləşdirilməli, hansı sistemlə oynanılacağı qərara alınmalıdır. Rəqibin kimliyindən asılı olaraq digər taktikalar analiz edlməlidir.
(davamı olacaq...)
No comments:
Post a Comment