Betazer-ə xoş gəlmisiniz! Biz hər zaman sizinlə olmaqdan məmnunuq.......Bizim təkliflərimizdən də istifadə edin. Bizim də öz dəst-xəttimiz var, kifayət qədər uğurlarımız var....... Sizlər üçün daim inkişaf edirik, daha faydalı olmağa çalışırıq......Şərh yazmağı da unutmayın!...Hər cür təkliflərinizi də bizə göndərə bilərsiniz.

Futbol mərc iştirakçılarının buraxdığı 7 səhv

Futbol oyunlarına mərc iştirakçıları fikrimcə, bu məqləmdə toxunduğum bir sıra risklərdən mümkün qədər çəkinməlidirlər.

   Öz meydanında oynayan komandalara "udmayacaq" ehtimalı vermək əksər hallarda əks nəticə verir. Komandalar doğma  meydanda özlərini çox rahat hiss edirlər. Üstəlik bu meydanın ot örtüyünə tam öyrəşiblər. 12-ci oyunçu sayılan tamaşaçı amili də ki, xüsusi motivasiya verir. İstər stadiondan izləyən, istərsə də yerli televiziya yayımı ilə izləyən tamaşaçılar qarşısında böyük məsuliyyət daşıyırlar. Bir amili də unutmaq olmaz: onlar rəqibindən fərqli olaraq uzaq məsafə qət edib yorulmayıblar. Ona görə də rəqibinin hansı komanda olmasından asılı olmayaraq daha çox sayda müsbət nəticə əldə edə bilirlər. Bunu xüsusilə də, ABŞ, Braziliya, Argentina və digər Amerika ölkələrinin çempionatlarında açıq-aşkar sezmək olur. Mən həmişə bunu deyirəm- orada yerli azarkeşlər qarşısında məsuliyyət hissi sanki qat-qat güclüdür. Və sanki hər şey daha şəffafdır.

   Hamı bilir ki, komandalar UEFA və digər qitə oyunlarına daha ciddi yanaşırlar. Əlbəttə, elə onların əsas məqsədi də budur. Məhz buna görə də, belə oyunlar öncəki yerli çempionat matçlarında komandalar qələbəyə çox da can atmırlar. Əksər hallarda, hətta top komandalar belə bu görüşləri heç-heçə bitirirlər. Məğlubiyyət sayları da kifayət qədər tez-tez rast gəlinir. Əsas səbəblər başadüşüləndir:

- daha ciddi oyunlar öncəsi yorulmamaq;

- zədə almaq təhlükəsindən qorunmaq;

- belə oyunlara 2-ci , 3-cü heyəti, yoxlanmaq vaxtı çatmış oyunçuları sınamaq üçün oyuna buraxmaq;

- belə oyunları rəqib komanda da çoxdan gözləyir, "əla fürsət" kimi dəyərləndirir - böyük basqı ilə oynayırlar.

Bunlar kifayət edir ki, qələbə əldən verilsin. Belə oyunlar adətən 1-1, 2-2, 0-1, 0-2 kimi hesablarla bitir.

Mərc oynayanlar buna adətən "sensasiya" deyirlər. Onlar belə nəticələrin "danışılmış oyunlar" olmadığına inanmaq istəmirlər😁 Belə nəticələr qitə oyunlarından sonra da baş verir. Bu zaman səbəb həm "ağır oyunun", həm də uzaq səfərin yol yorğunluğu olur.

Sensasiyaların daha bir "mənbəyi" də var: çox sayda müşahidələr göstərir ki, lider komandalar sonuncu pillədə qərarlaşan komndanı nəyinki "darmadağın" etmir, hətta udmurlar da. Hətta ona uduzurlar da. Məncə bu fakt adətən izahedilməsi və başadüşülməsi çətin olan ciddi bir strategiyanın göstəricisidir. Bu barədə ətraflı şəkildə sonrakı məqalələrimdən birində söhbət açacağam. Hələlik isə üzr istəyirəm- mərc oynayanlar belə oyunlardan çəkinsələr yaxşıdır. Heç-heçə daha çox bəyənilər.

  Çempionatların sonuna yaxın lider komanda elə olur ki, turnir cədvəlində özündən aşağıdakı rəqibindən 5-10-15 xal uzaqlaşmış olur. Belə liderlərə xal qazanmaq, qələbə qazanmaq o qədər də vacib deyildir. Bunları necə nəzərə almamaq olar ?

  Riyazi hesablamalar göstərir ki, çox aşağı əmsallarla davam etmək qətiyyən artım vermir. Dəqiq hesablamalar nəticəsində məlum olur ki, heç 2.0-2.5 arası əmsallarla da davamlı cəhdlər əziyyətli kiçik uğurlar qazandırır. Xüsusilə də təcrübəsizlər boş vaxt və əziyyətlər itirə bilərlər.

2.5 əmsaldan yuxarı əmsallarla da oynamaq asan deyil. Mərc oyunlarının zövqünü itirməmək üçün çox ehtiyyatlı olmaq, hansı oyuna gəldi, necə gəldi, bütün dediklərimizi analiz etmədən risklər etmək məsləhət görülmür.

  Bukmekerlərin təqdim etdiyi əmsallara arxalanaraq çox sayda oyunların kombo birləşdirilməsi daha iri risklərə səbəb olur. Çoxillik təcrübələr göstərir ki, hər 3-4 oyundan birində gözlənilməz nəticə alınır. Ona görə də mümkün qədər az sayda matçları kombo birləşdirməyi tövsiyyə edərdim. 2-3-dən çox olmasa yaxşıdır.

Beləliklə, qərara gəlirik ki, konkret olaraq aşağıdakı səhvlərə yol verilməsin:


1. Öz meydanında oynayan komandalara "Udmayacaq"-(X2) ehtimalını vermək;

2. Top komandalara Qitə səviyyəli oyunlardan əvvəlki və sonrakı oyunlarda qələbə ehtimalı vermək;

3. Yerli çempionatlarda lider komandalara sonuncu pillələrdə qərarlaşan komandalarla görüşdə qələbə vermək;

4. Topladığı xalların sayına görə çempionluğu və ya hətta sonrakı yeri vaxtından əvvəl təmin etmiş komandalara qələbə vermək!

5. Təcrübəsi az olanların 2.5-3.00 əmsaldan aşağı kuponlarla oynaması uğur ilə nəticələnmir;

6. Təcrübəsi az olanların 2.5-3.00 əmsaldan yuxarı kuponlarla da oynamaq çox risklidir.

7.  3-4-dən çox kiçik əmsallı matçların kombo birləşdirilməsi.




No comments:

Post a Comment