Sevindirici haldır ki, əziz "Qarabağ"ımız UEFA-nın öz rəsmi saytında daimi mövzuya çevirilib. Yenə də komandamızın haqqında xoş sözlər yazılır, baş məşqçimiz Qurban Qurbanovun, bəzi oyunçularımızın dediklərindən sitatlar göstərilir.
Qurban Qurbanov Napoli haqqında: "Bu klubun gözəl azarkeşləri var və bir neçə dəfə məşqçi dəyişməsinə baxmayaraq, onların keyfiyyəti heç vaxt azalmayıb. Biz gözəl bir şəhərdəyik, uzun tarixə və əla məşqçiyə malik bir komanda ilə qarşılaşırıq. Bilirik ki, bu, onların seçmə mərhələsi üçün vacib olacağı üçün çətin bir matç olacaq, amma biz hazırıq."
"Bilirik ki, qəribə səslənir, amma Çempionlar Liqası ambisiyamız eyni olaraq qalır: Nəticədən asılı olmayaraq, hər anın dadını çıxarmaq istəyirik. Özümüzə inamımız var. Bilirik ki, Napoli qələbəyə can atır, ona görə də diqqətli və cəsarətli olmalıyıq."
Marko Yankoviç, "Qarabağ"ın yarımmüdafiəçisi:
"Bilirik ki, Napoli favoritdir - onlar evdə oynayırlar - amma biz özümüzə əminik və liqa mərhələsi, turnir cədvəli əla nəticə əldə etdiyimizi göstərir. "Napoli" əla komandadır, amma biz həmişəki kimi öz oyunumuzu oynayacağıq."
"Napoli"nin baş məşqçisi Antonio Kontenin də maraq doğuran fikirləri qeyd olunub:
"Sabah Dieqo Maradonanın ölümünün ildönümüdür. Onun Napoli üçün nə demək olduğunu bilirik və qələbəni ona həsr etmək əla olardı. "Qarabağ" "Çelsi" ilə heç-heçə etdi. Onlar yüksək tempdə oynayırlar və keyfiyyətli gənc oyunçulara malikdirlər, ona görə də əvvəldən çox enerjiyə ehtiyacımız olacaq."
QOL.az saytının xəbərinə görə "Qarabağ"ın baş məşqçisi dünən keçirdiyi mətbuat konfransında bu mövzudan yayınmayıb.
“O ildönümündən xəbərim var idi, Kontenin sözlərini də oxudum: bilirəm ki, qələbəni ona həsr etmək istəyirlər. Bu, onlar üçün əlavə motivasiyadır, amma bizim üçün də belədir”.
No comments:
Post a Comment